Bu il Azərbaycanda kənd təsərrüfatı istehsalının 4,5 % artacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.
Sənədə əsasən, bu göstəricinin qarşıdakı iki ildə 3,2 % səviyyəsində reallaşması gözlənilir.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 8 ayında Azərbaycanın kənd təsərrüfatı sektoru 5 % böyüyüb.