2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 36,389 milyon ABŞ dolları dəyərində 43 min 042 ton düyü idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,5 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Hindistandan 29,364 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45,6 % çoxdur) 31 min 741 ton (+29 %), Qazaxıstandan 3 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 4 min 972 ton (+50,7 %), Rusiyadan 2,362 milyon ABŞ dolları dəyərində (-17,3 %) 4 min 151 ton (-25,3 %), Tailanddan 769,79 min ABŞ dolları dəyərində (+22,1 %) 1 min 022 ton (+27,3 %), Pakistandan 667 min ABŞ dolları dəyərində (-33,7 %) 935,51 ton (-38,8 %) məhsul gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Özbəkistan, Rumıniya və Koreyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,05 min ABŞ dolları dəyərində 0,03 ton, 1,6 min ABŞ dolları dəyərində 2 ton və 0,03 min ABŞ dolları dəyərində 0,01 ton düyü alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (25 ölkədən) 46 min 765 ton düyünün 64,6 %-i Hindistanın, 15 %-i Qazaxıstanın, 13,4 %-i Rusiyanın, 4,8 %-i Pakistanın, 1,7 %-i Tailandın payına düşüb.