Ceyhun Əliyev: "Balıq ölümləri əsasən yay aylarında baş verir"

Azərbaycanda balıq ölümləri əsasən yay aylarında - oksigen çatışmazlığından baş verir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

"Yayda temperaturun artması ilə əlaqədar oksigen azalır. Xüsusilə gecə saatlarında balıqların tələbatı ödənilmədiyindən ölüm halları baş verir. Bir çox təsərrüfatlar suya balıq buraxanda onun populyasiyasına tam nəzarət etmirlər. Xüsusən Abşeron yarımadasındakı göllərdəki balıq ölümlərinin əsas səbəbi odur ki, həmin göllərə onlara aid olmayan balıq növü buraxılır və populyasiya hədindən artıq olur", - deyə o qeyd edib.

Digər xəbərlər