Cəlilabadda meyvə və giləmeyvə yığımı yekunlaşıb, məhsul bol olub

Cəlilabad rayonunda meyvə və giləmeyvə yığımı yekunlaşıb.

Bu barədə "Report"un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu il 2 150,86 hektar sahədə meyvə və giləmeyvə yetişdirilib. Ümumilikdə 33 315,99 ton məhsul əldə olunub. Ötən il isə bu rəqəm 25 943,62 ton təşkil edib.

Əsasən rayon ərazisində üzüm, çiyələk, gilas, nar, alça, badam, qoz kimi meyvə və giləmeyvə sahələri mövcuddur.

Digər xəbərlər

Ekoloji balans və ixracın sintezi 15 dekabr, 2025 / 16:50