Biləsuvarda taxıl biçininin itkisiz və optimal müddətdə başa çatdırılması, habelə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi ilə əlaqədar müşavirə keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, “Aqroservis”in təmsilçiləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və iri taxıl istehsalçıları iştirak edib.
Çıxışlarda qeyd edib ki, mühüm strateji məhsul olan taxıl və digər dənli bitkilərin vaxtında və itkisiz yığımı ilə əlaqədar həyata keçirilən tədbirlərdən, qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışıb və bu istiqamətdə fəaliyyət göstərən əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.
Sonra Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru bildirib ki, 2022-ci ilin məhsulu üçün rayon ərazisində 35 793 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 9688 hektarı buğda, 26 105 hektarı isə arpadır.
Hazırda taxıl biçini kampaniyasının optimal müddətdə başa çatdırılması üçün taxılçılıq təsərrüfatlarının sahiblərinə və fermerlərə yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə edilməsi məqsədilə müvafiq tövsiyələr verilib.
Taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün 80 ədədə yaxın taxılbiçən konbayn hazır vəziyyətə gətirilib.