Biləsuvar və Cəlilabadda barama istehsalı 15 %-dən çox artıb

Biləsuvar və Cəlilabad rayonlarında 2026-cı il üzrə barama tədarükü yekunlaşıb və bu il ümumilikdə 380,7 kiliqram yaş barama istehsal olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu rayonlarda yaş barama istehsalında ötən illə müqayisədə 50,2 kiloqram və ya 15,2 % artım qeydə alınıb.

Ötən mövsüm ilində bu iki rayonda ümumilikdə 330,5 kiloqram yaş barama istehsal edilib.

Belə ki, Biləsuvar rayonunda cari mövsümdə 185,7 kiloqram yaş barama istehsal olunub. Bu göstərici ötən il 160,2 kiloqram təşkil edib. Beləliklə, rayonda yaş barama istehsalı illik müqayisədə 25,5 kiloqram və ya 15,9 % artıb.

Cəlilabad rayonunda isə bu il 195 kiloqram yaş barama istehsal edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 170,3 kiloqram olub. Nəticədə rayonda istehsal həcmi 24,7 kiloqram və ya 14,5 % yüksəlib.

Digər xəbərlər