Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, "Baytarlıq haqqında" qanuna əsasən hüquqi hərəkətlər və xidmətlərə görə dövlət rüsumunun məbləğlərinə yenidən baxılır: "Xüsusən baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyən edilir. Baytarlıq pasportunun verilməsinə dövlət rüsumunun artırılması, eləcə də baytarlıq ekspertizası haqqının verilməsinə görə tutulan dövlət rüsumunun iki dəfə azaldılması nəzərdə tutulur".