Bakı. 10 yanvar. REPORT.AZ/ Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) heyvan həyatı üçün təhlükəli olan, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının istehsalı və satışının qarşısını almaq məqsədi ilə yanvarın 7 və 8-də reyd keçirib.
“Report” DBNX-ya istinadən xəbər verir ki, reyd zamanı Bakı şəhərində iki baytarlıq aptekindən 70 kq-dan yuxarı kustar üsulla hazırlanmış saxta, keyfiyyətsiz helmisit qranulyat antihelmint dərman maddəsi aşkar olunaraq götürülüb.
Həmin dərman preparatlarının yoxlanılması məqsədi ilə müvafiq laboratoriya müayinəsi aparılıb. Analizin nəticələrinə əsasən bu dərmanların saxta, kustar üsulla hazırlandığı və keyfiyyətsiz olması müəyyən edilib.
Həmçinin Yevlax rayonunda da reyd keçirilib. Reyd nəticəsində Xəlilov Səməd Mikayıl oğluna məxsus Yevlax rayonu S.Ruhulla küçəsi, mənzil 37 ünvanında yerləşən baytarlıq dərman preparatları saxlanan anbarından və baytarlıq aptekindən 23 adda 500 kq-a yaxın vaxtı keçmiş, 8 adda 5 kq-a yaxın qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyən, normativ texniki-sənədlərin tələblərinə cavab verməyən, mənşəyinə dair heç bir sənədi olmayan baytarlıq dərman preparatları aşkar edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmək məqsədi ilə götürülmüşdür. Həmin dərman maddələrindən də nümunələr götürülərək müayinə üçün müvafiq laboratoriya göndərilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, saxta, kustar üsulla hazırlanmış baytarlıq dərman preparatlarının satışının və istehsalının qarşısının alınması üçün reydlər bundan sonra da davam etdiriləcək. Bu kimi işlərlə məşğul olanlar barəsində daha ciddi inzibatı tədbirlər görüləcək.
Baytarlıq apteklərində keyfiyyətsiz preparatlar aşkar edilib
Digər xəbərlər
Şirvan kanalı ilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
28 oktyabr, 2026 / 14:03
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
27 oktyabr, 2026 / 20:59
Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb
27 oktyabr, 2026 / 15:36
Aqrar sektorda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi öhdəliyi ilə bağlı dəyişiklik qüvvəyə minib
27 oktyabr, 2026 / 13:06
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
26 oktyabr, 2026 / 11:17
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
24 oktyabr, 2026 / 12:34
Ucarda Aqrar Biznes və I Çəltik festivalı keçirilib - Yenilənib
23 oktyabr, 2026 / 19:25
Məhsul şəhadətnaməsi haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:54
Məhsul şəhadətnamələrinin hüquqi statusu müəyyənləşdirilir
23 oktyabr, 2026 / 13:42
Bir sıra qanunların Aqrar sahə haqqında qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:25
Aqrar sahə haqqında qanun layihəsi I oxunuşda qəbul olunub
23 oktyabr, 2026 / 13:20
Zahid Oruc: Ucqar kəndlərdə yeni emal müəssisələri vergilərdən azad edilməlidir
23 oktyabr, 2026 / 13:16
Deputat: Fermerlərin sayı çoxdur, amma yaratdıqları dəyər ölkə ortalamasından 3,4 dəfə azdır
23 oktyabr, 2026 / 13:11
Tahir Rzayev: Minimal kəsim çəkisi qanunla tənzimlənəcək
23 oktyabr, 2026 / 12:58
Azərbaycanda yerli toxumçuluğun təşviqi üçün yeni mexanizmlər tətbiq edilir
21 oktyabr, 2026 / 11:03
ASF: Xaçmazda aqrar sığorta üzrə ödənişlər 1 milyon manatı ötüb
20 oktyabr, 2026 / 18:49
Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başlayıb
20 oktyabr, 2026 / 17:39
Azərbaycan Niderland ilə aqrar sahədə əməkdaşlıq imkanlarını qiymətləndirib
20 oktyabr, 2026 / 15:23
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
19 oktyabr, 2026 / 19:56