“Azər Toxum” MMC nizamnamə kapitalını 3,738 milyon manat və yaxud 19,8 % azaldaraq 18,9 milyon manatdan 15,162 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 55 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Azər Toxum” 2008-ci ildə yaradılıb.