Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 86,5 milyon ABŞ dolları dəyərində xurma ixrac edilib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon ABŞ dolları və ya 5,4 % azdır.
Ötən ilin noyabr ayında Azərbaycan 33,6 milyon ABŞ dolları dəyərində xurma ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 11,7 milyon ABŞ dolları və ya 25,8 % azdır.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 % artaraq 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsullarının ixracı 12,3 % artaraq 923 milyon ABŞ dollarına bərabər olub.