Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 11,552 milyon ABŞ dolları dəyərində yaş meyvə və tərəvəz idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Təkcə oktyabr ayında Türkiyə Azərbaycana 820 min ABŞ dolları dəyərində yaş meyvə və tərəvəz ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 4 % azdır.
10 ayda Türkiyənin yaş meyvə və tərəvəz ixracının ümumi dəyəri illik müqayisədə 19,5 % artaraq 2,6 milyard ABŞ dolları, oktyabr ayında isə 31,5 % artaraq 314,097 milyon ABŞ dolları olub.