2022-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 32,1 min ABŞ dolları dəyərində 76,25 ton soğan gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 126 dəfə, kəmiyyət olaraq – 138 dəfə azalıb.
Rusiyadan 26,3 min ABŞ dolları dəyərində 65,75 ton və Niderlanddan 5,78 min ABŞ dolları dəyərində 10,5 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 119 dəfə və 123 dəfə azalıb və Niderlanddan – 10,3 % və 10,2 % artıb.
Hesabat dövründə Azərbaycan 107,51 min ABŞ dolları dəyərində 151,25 ton soğan ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 16 % azdır və 5,6 % çoxdur.
Rusiyaya 100,3 min ABŞ dolları dəyərində 110,5 ton, Ukraynaya 4,39 min ABŞ dolları dəyərində 21,95 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,82 min ABŞ dolları dəyərində 18,8 ton məhsul satılıb.
2021-ci ilin birinci rübünün göstəriciləri ilə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 22 % və 22,5 % azalıb. Ötən ilin ilk 3 ayında Ukrayna və BƏƏ-yə soğan satılmayıb.
Qeyd edək ki, ötən il xaricdən aldığımız 12 min 425 ton soğanın 78 %-i Rusiyanın payına düşüb, qalan hissəsi isə Qazaxıstan, Özbəkistan, Ukrayna və Niderlanddan gətirilib.