Bu ilin ilk ayında Azərbaycana xarici ölkələrdən 1,27 milyon ABŞ dolları dəyərində 450 ton kolbasa idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 35,4 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 973 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 69 % artıb) 389 ton (+98,5 %), Belarusdan 100 min ABŞ dolları dəyərində (-1,8 %) 21,2 ton (-36 %), Almaniyadan 79,4 min ABŞ dolları dəyərində (-39 %) 20,6 ton (-49 %), Türkiyədən 57 min ABŞ dolları dəyərində (-26 %) 11,2 ton (-11,2 %), Litvadan 16,6 min ABŞ dolları dəyərində (+13 %) 3,33 ton (+15 %) kolbasa gətirib.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (15 ölkədən) 5 min 236 ton kolbasanın 75,7 %-i Rusiyanın payına düşüb.