Azərbaycanın əsas tədarük bazarından buğda idxalı xeyli azalıb

Bu ilin ilk 5 ayı ərzində Azərbaycan xaricdən 124,049 milyon ABŞ dolları dəyərində 355 min 625 ton buğda alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 24,4 % çoxdur, kəmiyyət olaraq – 9,3 % azdır.

Hesabat dövründə Rusiyadan 74,782 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 23,7 % azalıb) 209 min 563 ton (-45,7 %), Qazaxıstandan 49,267 milyon ABŞ dolları dəyərində (29,4 dəfə artıb) 146 min 062 ton (+23,2 dəfə) məhsul gətirilib.

Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər