Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1 745 ton çay idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 8 milyon 378 min ABŞ dolları təşkil edib.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1 % və 15 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 110 ton çay ixrac edib. Bu həcmdə çayın dəyəri 892 min ABŞ dolları təşkil edib.
Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 38,2% və 33,9 % azdır.