Azərbaycandan üç ölkəyə qarabaşaq ixracına başlanılıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 9 milyon ABŞ dolları dəyərində 8 min 637 ton qarabaşaq idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 75 % çoxdur.

Rusiyadan Azərbaycana 8,868 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 8 min 525 ton (+73 %), Qazaxıstandan 136,1 min ABŞ dolları dəyərində 112,5 ton (2 il 4 aydan sonra tədarük bərpa edilib), Almaniyadan 0,8 min ABŞ dolları dəyərində (+78 %) 0,2 ton (+54 %), Litvadan 0,22 min ABŞ dolları dəyərində 0,05 ton (ilk dəfə tədarük olub) və Çindən 0,05 min ABŞ dolları dəyərində 0,01 ton (4 il 3 aydan sonra tədarük bərpa edilib) məhsul alınıb.

Hesabat dövründə Azərbaycandan 5,56 min ABŞ dolları dəyərində (+14 %) 3,76 ton (+25,3 %) qarabaşaq ixrac edilib.

Polşaya 2,94 min ABŞ dolları dəyərində 1,8 ton, Kanadaya 1,33 min ABŞ dolları dəyərində 1 ton və Amerika Birləşmiş Ştatlarına 1,28 min ABŞ dolları dəyərində 0,96 ton məhsul göndərilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq hər üç ölkəyə tədarük həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (Birləşmiş Ərəb Əmirlikləri və Yaponiyaya) 4,89 min ABŞ dolları dəyərində 3 ton qarabaşaq ixrac olunub.

Digər xəbərlər