Azərbaycanda yeni aqroparklar yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Həkəri Aqropark" və "Suqovuşan Aqropark" MMC-ləri dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlərin hər ikisinin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 90, nizamnamə kapitalı 50 000 manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Sevindik Elman oğlu Mehraclı və Çingiz Paşa oğlu Abbasovdur.

Digər xəbərlər