Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 318,8 min ton süd istehsal olunub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.
Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 774,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 3,1 % çoxdur.
Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 4,1 % artaraq 41,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,5 % artaraq 733,5 milyon manat təşkil edib.