Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 11 min 528,3 ton çay istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 % çoxdur.
Dekabrın 1-nə ölkədə 93,7 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % azdır.
Xatırladaq ki, 11 ayda Azərbaycanda 4 milyard 287,2 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,3 % çoxdur.