Bakıda "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa" keçirilir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa" keçirilir.

"Report" xəbər verir ki, tədbirin məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarının daha da maraqlı keçirilməsinə töhfə verməkdə olan "Şəhərdən Kəndə" layihəsinin ölkə üzrə əhatə dairəsinin genişləndirməkdir.

Dəyirmi masada qeyd olunub ki, turizm şirkətlərinin "Şəhərdən Kəndə" turlarına cəlb edilməsi və aqroekoturların təşkil edilməsi əsas prioritet məsələlərdəndir. Eyni zamanda, turizm fəaliyyətinə cəlb edəcək fermerlərin və ailə-kəndli təsərüfatların tapılması və təlimlərin verilməsi kimi sahələrdə əməkdaşlığın qurulması Azərbaycanda kənd turizminin inkişafı və ölkə iqtisadiyyatının önəmli sahələrindən birinə çevrilməsi istiqamətində əsaslı rol oynayacaq. Bundan əlavə, turizm fəaliyyətlərinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərüfatların ərazilərində tərtibat işlərinin görülməsi və yenidən qurulmasının təşkil edilməsi sahəsində birgə fəaliyyət layihənin daha uğurlu inkişafına şərait yaradacaq.

Digər xəbərlər