2019-cu ildə Azərbaycanda 7 836,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 7,2% çoxdur.
Ötən il ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 11,7% artaraq 3 751,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5% artaraq 4 085,5 milyon manat olub.