2022-ci il ərzində Azərbaycana 149 min ABŞ dolları dəyərində 185 ton tomat şirəsi idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 4,5 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 124 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 48 % çoxdur) 155 ton (+7,4 %), Belarusdan 8,7 min ABŞ dolları dəyərində (-22 %) 14,33 ton (-24 %), İspaniyadan 4,42 min ABŞ dolları dəyərində (+25 %) 2,7 ton (-13 %), Almaniyadan 3,64 min ABŞ dolları dəyərində (+24 %) 3,71 ton (+59 %), Avstriyadan 2,96 min ABŞ dolları dəyərində 3,1 ton məhsul alıb.
Azərbaycana Gürcüstandan (2,7 min ABŞ dolları dəyərində 3,71 ton), İtaliyadan (0,58 min ABŞ dolları dəyərində 0,64 ton) və Avstriyadan tomat şirəsi tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən (0,23 min ABŞ dolları dəyərində 0,38 ton) idxal həyata keçirilib.