Azərbaycana daha 3 ölkədən mal-qara idxalına başlanılıb

Ötən il ərzində Azərbaycana xaricdən 23,5 milyon ABŞ dolları dəyərində 7 min 881 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 44,2 %, kəmiyyət olaraq – 52 % artıb.

Hesabat dövründə Uruqvaydan 10 milyon ABŞ dolları dəyərində 3 min 200 ədəd, Estoniyadan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə) 1 min 184 ədəd (+6 dəfə), Avstriyadan 3,52 milyon ABŞ dolları dəyərində (-58 %) 1 min 83 ədəd (-59 %), Türkiyədən 2,362 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 903 ədəd (+4 dəfə), Almaniyadan 1,873 milyon ABŞ dolları dəyərində (-65 %) 652 ədəd (-62 %) mal-qara alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstandan (115 min manat ABŞ dolları dəyərində 100 ədəd), İrlandiyadan (374 min ABŞ dolları dəyərində 101 ədəd) və Uruqvaydan tədarük həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə ölkəyə xaricdən (7 ölkədən) gətirilən 5 min 190 ədəd iribuynuzlu ev heyvanının 50,8 %-i Avstriyanın, 33,4 %-i Almaniyanın payına düşüb.

Digər xəbərlər