Bu ilin yanvar-fevral aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,286 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.
“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 56,4 % çoxdur.
Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 560,468 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 19,8 % çoxdur.
2 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulları ixracı Yaxın Şərq ölkələrinə (307,502 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 27,7 % çoxdur.
Onları Afrika ölkələri (118,967 milyon ABŞ dolları) və Amerika ölkələri (76,706 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 2,6 % və 27,3 % çoxdur.