2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 54,17 milyon ABŞ dolları dəyərində 75 min 133,08 ton xurma ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 53,13 %, kəmiyyət olaraq – 49,73 % çoxdur. İkiillik aradan sonra Moldovaya, bir il 7 aylıq fasilənin ardından Belarusa və 12 aydan sonra Türkiyəyə bu məhsulun tədarükü bərpa edilib.
2021-ci ilin ilk 10 ayı ərzində xurma ixrac etdiyimiz ölkələr:
| Ölkə | Həcm, ton | İllik dinamika | Dəyər, min ABŞ dolları | İllik dinamika |
| Rusiya | 62772,29 | 57,1 % | 50753,36 | 56,7 % |
| Ukrayna | 12052,16 | 18,34 % | 3323,77 | 11,73 % |
| Qazaxıstan | 134,5 | 5,6 dəfə | 46,24 | 5,4 dəfə |
| Türkiyə | 127,41 | - | 30,06 | - |
| Moldova | 27,32 | - | 8,83 | - |
| Belarus | 19,4 | - | 5,82 | - |
Hesabat dövründə Azərbaycan yalnız Rusiyadan xurma tədarük edib. Bu ölkədən 26,2 min ABŞ dolları dəyərində 13,1 ton məhsul idxal olunub. Ötən ilin eyni dövründə də xurma ancaq Rusiyadan alınıb. Hesabat dövründə şimal qonşumuzdan tədarük dəyər ifadəsində 62,23 % artıb, kəmiyyət olaraq – 2,67 % azalıb.