2021-ilin yanvar-sentyabr aylarında ölkəmizdən xaricə 39,856 milyon ABŞ dolları dəyərində 91 min 834,66 ton kartof göndərilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,1 %, kəmiyyət olaraq – 12,93 % çoxdur.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, Azərbaycan kartofunun əsas tədarük bazarı Rusiyadır. Bu ölkəyə 38,298 milyon ABŞ dolları dəyərində 85 min 015,5 ton məhsul ixrac olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə tədarük müvafiq olaraq 24,4 % və 22,82 % artıb. Bu ilin yanvar-sentyabr aylarında kartof ixracının dəyər ifadəsində 96,1 %-i, 2020-ci ilin – 91,21 %-i, 2019-cu ilin – 93,59 %-i, 2018-ci ilin – 97,42 %-i, 2017-ci ilin – 99,41 %-i, 2016-cı ilin – 99,68 %-i, 2015-ci ilin – 99,98 %-i şimal qonşumuzun payına düşüb.
Hesabat dövründə kartofumuz 6 ölkəyə tədarük olunub. Ukraynaya 1,061 milyon ABŞ dolları dəyərində 4 min 723,07 ton, Belarusa 345,35 min ABŞ dolları dəyərində 1 min 327,92 ton, Qazaxıstana 128,46 min ABŞ dolları dəyərində 656,18 ton, Gürcüstana 12,13 min ABŞ dolları dəyərində 68,6 ton, Moldovaya 10,85 min ABŞ dolları dəyərində 43,4 ton məhsul ixrac edilib.
Ukraynaya tədarük əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 42,18 %, Belarusa – 29 %, Gürcüstana – 97,35 %, Moldovaya – 82,1 % azalıb, Qazaxıstana – 17,79 % artıb.
Bu ilin ilk 9 ayında Azərbaycana 28,343 milyon ABŞ dolları dəyərində 117 min 175,3 ton kartof idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulun tədarükü dəyər ifadəsində 36,96 %, kəmiyyət olaraq – 39,32 % artıb.
İrandan 26,069 milyon ABŞ dolları dəyərində 108 min 164,05 ton, Türkiyədən 1,304 milyon ABŞ dolları dəyərində 5 min 204,28 ton, Gürcüstandan 886,76 min ABŞ dolları dəyərində 3 min 577,37 ton, Rusiyadan 42,57 min ABŞ dolları dəyərində 106,35 ton, qalan 4 ölkədən toplam olaraq 40,71 min ABŞ dolları dəyərində 123,21 ton məhsul alınıb. İrandan tədarük ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində müvafiq olaraq 2,3 dəfə, Türkiyədən – 216 dəfə, Gürcüstandan – 5,6 dəfə artıb, Rusiyadan – 99,53 % azalıb. Hesabat dövründə Azərbaycan birilik fasilənin ardından Ukrayna və Fransadan, ikiillik aradan sonra Misirdən kartof idxalını bərpa edib.