Azərbaycan yanvarda buğda tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan xaricdən 32,475 milyon ABŞ dolları dəyərində 93 min 704,52 ton ərzaqlıq buğda alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 87,6 % artıb. Ötən ilin yanvar ayı ilə müqayisədə buğdanın bir tonunun idxal qiyməti 58 % artıb.

Hesabat dövründə Rusiyadan 16,746 milyon ABŞ dolları dəyərində 46 min 765,5 ton, Qazaxıstandan 15,728 milyon ABŞ dolları dəyərində 46 min 939 ton məhsul gətirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 53 % artıb və 6,4 % azalıb. Bir il əvvəl Qazaxıstandan buğda tədarükü olmayıb.

Digər xəbərlər