Azərbaycan xam şəkər ixracını bərpa edib

İki il 6 aylıq fasilənin ardından Azərbaycandan xaricə xam şəkər tədarükü bərpa edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin ilk 11 ayı ərzində 6,43 min ABŞ dolları dəyərində 6,4 ton məhsul ixrac edilib. Bunun 6,15 min ABŞ dolları dəyərində 6,22 tonu Ukraynanın və 0,28 min ABŞ dolları dəyərində 0,18 tonu Qətərin payına düşüb.

Hesabat dövründə Azərbaycan xaricdən 161 milyon ABŞ dolları dəyərində 297 min 332 ton xam şəkər (şəkər çuğundurundan/qamışından alınan aromatik-dad və ya boyayıcı əlavələrsiz) alıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 10 % çoxdur.

Braziliyadan Azərbaycana 134,74 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15,4 % çoxdur) 248 min 149 ton (+0,4 %), Meksikadan 26,07 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 49 min 149 ton (+2,1 dəfə), Kolumbiyadan 30,1 min ABŞ dolları dəyərində (-18 %) 21,83 ton (-4 %), Mavrikiyadan 8,49 min ABŞ dolları dəyərində (-53,5 %) 5,12 ton (-35 %), Türkiyədən 4,69 min ABŞ dolları dəyərində 3 ton (6 il 3 ayın tamamında tədarük bərpa edilib) məhsul gətirilib.

Digər xəbərlər