Bu ilin yanvar-iyun aylarında Azərbaycan 253,3 min ABŞ dolları dəyərində 171,84 ton sarımsaq ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 % çoxdur, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 215,49 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 % azdır) 153,92 ton (-25 %), Səudiyyə Ərəbistanına 21,91 min ABŞ dolları dəyərində 1,22 ton (bir il əvvəl tədarük olmayıb) və Ukraynaya 15,87 min ABŞ dolları dəyərində 16,7 ton məhsul satıb.
Azərbaycan 4 il 5 aylıq fasilənin ardından Ukraynaya sarımsaq tədarükünü bərpa edib.