Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci ildə Azərbaycan 165 777,85 min ABŞ dolları dəyərində tütün idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 750,02 min dollar (0,45%) azdır.
Ötən il tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 1,45%-ni təşkil edib.