Bu ilin I yarısında Azərbaycandan 255 min ABŞ dolları dəyərində 223 ton lobya (təzə və ya soyudulmuş) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 245,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8,4 % çoxdur) 214,8 ton (-0,2 %), Türkiyəyə 8,2 min ABŞ dolları dəyərində 2,8 ton və Gürcüstana 1 min ABŞ dolları dəyərində (dəyişməyib) 5 ton (-0,2 %) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyəyə tədarük həyata keçirilib.