Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 10,962 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % çoxdur.
Təkcə iyunda Türkiyə Azərbaycana 1,657 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 0,3 % azdır.
Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 20,2 % artaraq 1,29 milyard ABŞ dollarına, iyunda isə 3 % azalaraq 165 milyon ABŞ dollarına enib.