Azərbaycan Türkiyədən mal-qara alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 10 milyon ABŞ dolları dəyərində 3 min ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 93 % çoxdur.

Hesabat dövründə Azərbaycan Uruqvaydan 6,7 milyon ABŞ dolları dəyərində 2 min ədəd (bir il əvvəl tədarük olmayıb), Danimarkadan 1,05 milyon ABŞ dolları dəyərində 306 ədəd (bir il əvvəl tədarük olmayıb), Estoniyadan 989,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % azdır) 296 ədəd (-30 %), Almaniyadan 716,8 min ABŞ dolları dəyərində (-23 %) 229 ədəd (-31 %), Avstriyadan 342,3 min ABŞ dolları dəyərində (-66 %) 95 ədəd (-70 %) və Türkiyədən 203,5 min ABŞ dolları dəyərində (+3 dəfə) 74 ədəd (+3,4 dəfə) mal-qara alıb.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilmiş 7 min 881 ədəd mal-qaranın 40,6 %-i Uruqvayın, 15 %-i Estoniyanın, 13,7 %-i Avstriyanın, 11,5 %-i Türkiyənin payına düşüb.

Digər xəbərlər