Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 53 min ABŞ dolları dəyərində 42,21 ton gül kələmi və brokkoli gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 45,71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,2 dəfə çoxdur) 36,57 ton (+5,2 dəfə) və Türkiyədən 7,05 min ABŞ dolları dəyərində (+37 dəfə) 5,64 ton (+38 dəfə) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (İran, Türkiyə, Fransa və Keniyadan) idxal edilən 194 ton gül kələmi və brokkolinin 97,5 %-i İranın payına düşüb.