Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 7,1 milyon ABŞ dolları dəyərində 5 min 115 ton dondurulmuş toyuq əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,4 % çoxdur, kəmiyyət olaraq – 0,6 % azdır.
Hesabat dövründə Azərbaycana Ukraynadan 3,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42,8 % azdır) 2 min 321 ton (-46,3 %), Rusiyadan 2,5 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 1 min 704 ton (+3,4 dəfə), Belarusdan 609,5 min ABŞ dolları dəyərində (+93 %) 490 ton (+2,1 dəfə), Gürcüstandan 525,2 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 260,4 ton (+4,3 dəfə), İrandan 218 min ABŞ dolları dəyərində 340 ton məhsul gətirilib.
2022-ci ildə Azərbaycana (13 ölkədən) idxal edilən 31 min 411 ton dondurulmuş toyuq ətinin 58 %-i Ukraynanın, 20,4 %-i Rusiyanın payına düşüb.