Azərbaycan Rusiyadan qoz tədarükünü bərpa edib

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 10,731 milyon ABŞ dolları dəyərində 3 min 646,85 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,3 %, kəmiyyət olaraq - 43,05 % çoxdur.

Hesabat dövründə Ukraynadan 7,611 milyon ABŞ dolları dəyərində 2 min 520,44 ton, Özbəkistandan 1,202 milyon ABŞ dolları dəyərində 213,05 ton, Rusiyadan 652,09 min ABŞ dolları dəyərində 501,61 ton, Amerika Birləşmiş Ştatlarından 443,02 min ABŞ dolları dəyərində 172,14 ton, Çilidən 412,7 min ABŞ dolları dəyərində 120,19 ton məhsul tədarük edilib.

2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Ukraynadan idxal müvafiq olaraq 10,11 % və 6,77 %, Özbəkistandan – 2,4 dəfə və 2,3 dəfə, Amerika Birləşmiş Ştatlarından – 15,7 dəfə və 14,3 dəfə, Çilidən – 2,8 dəfə və 3 dəfə artıb. Birillik aradan sonra Rusiyadan bu məhsulun tədarükü bərpa edilib.

Digər xəbərlər