Azərbaycan Qətərə pomidor ixracını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 19,1 milyon ABŞ dolları dəyərində 15 min 498 ton pomidor ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 18 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % azdır) 14 min 922 ton (-25,5 %), Belarusa 884,12 min ABŞ dolları dəyərində (+66 %) 397 ton (+23 %), Polşaya 206 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 180 ton (+5 dəfə) və Qətərə 1,1 min ABŞ dolları dəyərində 0,4 ton məhsul göndərib.

Bir il 8 aylıq aradan sonra Azərbaycandan Qətərə pomidor ixracı bərpa edilib.

Digər xəbərlər