Azərbaycan pendirinin xaricdə yeganə alıcısı tədarükü kəskin azaldıb

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,21 milyon ABŞ dolları dəyərində 1 min 070,8 ton pendir (adi və əridilmiş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə tədarük dəyər ifadəsində 38,56 %, kəmiyyət olaraq - 40,65 % azalıb.

Ötən ilin 10 ayında xaricə 3,71 milyon ABŞ dolları dəyərində 700,2 ton adi pendir göndərilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 32,14 % və 38,04 % azdır.

Hesabat dövründə Azərbaycandan əridilmiş pendir tədarükü dəyər ifadəsində 46,12 %, kəmiyyət olaraq – 45,02 % azalıb.

Son 4 ildə pendirimizin yeganə alıcısı Rusiya olub.

Digər xəbərlər