Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 251 min ABŞ dolları dəyərində 912,53 ton qarpız gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq – 96 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 239,97 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur) 369,18 ton (+2 dəfə), Braziliyadan 7,57 min ABŞ dolları dəyərində (+62 %) 7,57 ton (+60 %), Türkiyədən 2,41 min ABŞ dolları dəyərində 3,44 ton (bir il əvvəl tədarük olmayıb) və Panamadan 1,06 min ABŞ dolları dəyərində 1,06 ton məhsul alıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Panamadan qarpız tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (4 ölkədən) idxal edilən 954,5 ton qarpızın 93,4 %-i İranın payına düşüb.