Azərbaycan pambıq mahlıcı ixracından gəlirlərini kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 160,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında qeyd edilir.

Sənədə əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 69,6 % çoxdur.

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 94,7 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında 73 min hektar ərazidən 183 min 917 ton pambıq yığılıb. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 % azdır. Belə ki, 2020-ci ilin müvafiq dövründə sahələrdən 232 min 434 ton pambıq yığılıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə istehsal edilmiş pambıq lifi 59 min 890,8 ton olub və noyabrın 1 vəziyyətinə görə hazır məhsul ehtiyatı 6 min 167 ton təşkil edib.

Digər xəbərlər