Bu ilin ilk 4 ayında Azərbaycan xaricdən 22,637 milyon ABŞ dolları dəyərində 86 min 912 ton kartof (toxumluq kartofdan başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,5 %, kəmiyyət olaraq – 2,2 % çoxdur.
İrandan 7,765 milyon ABŞ dolları dəyərində 31 min 401 ton, Türkiyədən 7,655 milyon ABŞ dolları dəyərində 30 min 521 ton, Pakistandan 4,956 milyon ABŞ dolları dəyərində 16 min 518 ton, Gürcüstandan 1,397 milyon ABŞ dolları dəyərində 5 min 581 ton, Ukraynadan 847,35 min ABŞ dolları dəyərində 2 min 824 ton, Rusiyadan 16,27 min ABŞ dolları dəyərində 65,1 ton məhsul gətirilib.
2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 2,4 dəfə və 2,5 dəfə azalıb,Türkiyədən – 6,4 dəfə və 6,4 dəfə artıb, Pakistandan – 338 dəfə və 337 dəfə artıb, Gürcüstandan – 6 dəfə və 5,9 dəfə artıb, Rusiyadan – 1,6 % artıb və 2,5 % azalıb. Bir il əvvəl Azərbaycan Ukraynadan kartof idxal etməyib.
Hesabat dövründə Azərbaycan xaricə 2,104 milyon ABŞ dolları dəyərində 4 min 552 ton kartof satıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 % və 11,3 % azdır.
Rusiyaya 2,065 milyon ABŞ dolları dəyərində 4 min 448 ton və Belarusa 26,93 min ABŞ dolları dəyərində 57,85 ton məhsul ixrac edilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 4,8 % və 1,6 % azalıb, Belarusa – 45,3 % və 69,9 % azalıb