Bu ilin yanvar-fevral aylarında Azərbaycan 68,36 min ABŞ dolları dəyərində 48 ton təzə üzüm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 61 min ABŞ dolları dəyərində 40,67 ton, Perudan 5,91 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % az) 5,91 ton (-32 %) və Cənubi Afrika Respublikasından 1,44 min ABŞ dolları dəyərində (-76 %) 1,44 ton (-61 %) məhsul alıb.
Azərbaycan 11 ilin tamamında Özbəkistandan üzüm tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 736 ton üzümün 89 %-i İranın payına düşüb.