Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 5,1 milyon ABŞ dolları dəyərində 7 min 612 ton armud ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,5 % çox, kəmiyyət olaraq - 5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 4,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 % çox) 7 min 212 ton (-5 %), Qazaxıstana 112 min ABŞ dolları dəyərində (-12 %) 225 ton (-15 %), Qətərə 26 min ABŞ dolları dəyərində (-4 %) 16,7 ton (-24 %), Belarusa 20,6 min ABŞ dolları dəyərində 26 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 23,2 min ABŞ dolları dəyərində (-77 %) 45,5 ton (-59 %) məhsul satıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Omana tədarük (2,8 min ABŞ dolları dəyərində 1,6 ton) həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.