Ötən il Azərbaycana 251 min ABŞ dolları dəyərində 202 ton gül kələmi və brokkoli idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 3,7 %, kəmiyyət olaraq – 4,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 239 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % çoxdur) 192 ton (+1,6 %), Türkiyədən 7,05 min ABŞ dolları dəyərində (+78 %) 5,64 ton (+46 %), Niderlanddan 4,8 min ABŞ dolları dəyərində 3,84 ton və Keniyadan 0,04 min ABŞ dolları dəyərində (-43 %) 0,01 ton (dəyişməyib) məhsul alıb.
Azərbaycan 5 il 3 aylıq fasilənin ardından Niderlanddan gül kələmi və brokkoli tədarükünü bərpa edib.