2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 641 milyon 188 min ABŞ dolları dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib.
Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,1 % və 12,2 % çoxdur.
11 ayda meyvə-tərəvəz ixracından gəlir ölkənin ümumi ixrac gəlirlərinin 2 %-ni, qeyri-neft sektoru üzrə ixrac gəlirlərinin isə 21,4 %-ni təşkil edib.
Hesabat dövründə Azərbaycan 200 milyon 831 min ABŞ dolları dəyərində 312 min 660 ton meyvə-tərəvəz idxal edib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3,6 % və 8,6 % azdır.
Hesabat dövründə meyvə tərəvəz idxalına çəkilən xərc ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.