Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 439,07 milyon ABŞ dolları dəyərində 413,777 min ton meyvə-tərəvəz ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10 % çox və 2,1 % azdır.
Hesabat dövründə meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 1,49 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.