Bu ilin yanvar-fevral aylarında Azərbaycan 84 min 745 ton meyvə-tərəvəz idxal edilib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 48 milyon 710 min ABŞ dolları təşkil edib.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7% və 10% çoxdur.
Hesabat dövründə Azərbaycan həm də 74 min 726 ton meyvə-tərəvəz ixrac edib. Bu həcmdə məhsulun dəyəri 92 milyon 314 min ABŞ dolları təşkil edib.
Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,9% və 30,9% çoxdur.