Azərbaycan meyvə-tərəvəz idxalını 14 % artırıb

Bu il yanvar-oktyabr aylarında Azərbaycan 314 094 ton meyvə-tərəvəz idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 173 milyon 743 min ABŞ dolları təşkil edib.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 444 ton (13,9 %) və 14 milyon 894 min ABŞ dolları (9,3 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərclər Azərbaycanın ümumi idxal xərclərinin 1,9 %-ini təşkil edib.

Digər xəbərlər