Azərbaycan Meksika və Perudan dondurulmuş meyvə idxalını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 304,5 min ABŞ dolları dəyərində 112 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Azərbaycan Polşadan 180 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % azdır) 73,1 ton (-14 %), Rusiyadan 33,8 min ABŞ dolları dəyərində (+35 dəfə) 12,1 ton (+67 dəfə), Türkiyədən 20 min ABŞ dolları dəyərində (-50 %) 8,25 ton (+2,5 %) Belçikadan 19 min ABŞ dolları dəyərində (-50 %) 4,71 ton (-46 %), Çindən 18,8 min ABŞ dolları dəyərində (-89 %) 8 ton (-86 %) məhsul alıb.

Azərbaycan 5 il 9 ayın tamamında Perudan (0,7 min ABŞ dolları dəyərində 0,1 ton) və 5 il 7 aylıq fasilənin ardından Meksikadan (8,3 min ABŞ dolları dəyərində 1 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 276 ton dondurulmuş meyvənin 47 %-i Çinin, 37,5 %-i Polşanın payına düşüb.

Digər xəbərlər