Bu ilin yanvar ayında Azərbaycan 1,72 milyon ABŞ dolları dəyərində 2 min 421 ton mandarin idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 10 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1,51 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 16 dəfə çoxdur) 2 min 159 ton (+16 dəfə), Kiprdən 122,44 min ABŞ dolları dəyərində 153 ton, Gürcüstandan 60,18 min ABŞ dolları dəyərində 85,97 ton (bir il əvvəl tədarük olmayıb) və Pakistandan 17,8 min ABŞ dolları dəyərində (-80 %) 22,25 ton (-80 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kiprdən tədarük həyata keçirilib.